
Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən “Səyahət marafonu” kampaniyası yekunlaşıb. Kampaniyanın nəticələrinə əsasən, Birbank tətbiqində “Səyahət” hədəfi üzrə ən yüksək məbləği toplayan iştirakçılar müəyyənləşib və təşkil olunan tədbirdə onlara hədiyyələr təqdim olunub.
Kampaniyanın əsas mükafatının sahibi 5 000 AZN dəyərində səyahət kuponu qazanıb. Həmçinin, daha 6 iştirakçıya hər biri 500 AZN dəyərində olan səyahət kuponu təqdim edilib.
Əsas mükafatın sahibi Y. Məlik-Yeganlı qazandığı hədiyyə ilə bağlı təəssüratlarını bölüşərək bildirib: “Birbankın milyonlarla müştərisi arasında birinci olacağımı gözləmirdim. Nəticəni öyrənəndə həm çox təəccübləndim, həm də çox sevindim. Qazandığım səyahət kuponu ilə qardaşımla birlikdə isti ölkələrdən birinə səyahət etməyi planlaşdırıram”.
Qeyd edək ki, “Səyahət marafonu” kampaniyası 08 aprel – 08 may 2026-cı il tarixlərini əhatə edib. Kampaniya çərçivəsində Birbanklılar tətbiqdə “Səyahət” hədəfi üzrə yığım edərək müxtəlif hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Kampaniya qaliblərinin siyahısı: www.b-b.az/syql
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.