Ninja təklifi ilə xərcləri hissələrə bölüb, ödəyin!

image
Ninja təklifi vasitəsilə Birbank taksit kartı ilə etdiyiniz istənilən birdəfəlik ödənişi müəyyən komissiya qarşılığında aylara bölə bilərsiniz.
Məbləğ (AZN)
100
Müddət (ay)
12

Aylıq ödəniş:

9.75

Toplam məbləğ:

117.00

Komissiya

17 %
Bilmək lazımdır
  • Ninja təklifi nədir? Bu, Birbank taksit kartları ilə etdiyiniz birdəfəlik ödənişlərin (POS-terminal ilə və ya onlayn), eləcə də nağdlaşdırdığınız və köçürdüyünüz məbləğlərin müəyyən komissiya qarşılığında hissələrə bölünməsi üçün gələn təklifdir.
  • Ninja təklifindən necə yararlanmaq olar? Birbank tətbiqi vasitəsilə: - Tətbiqin bildirişi ilə — taksit kartı ilə ən azı 20 AZN məbləğində birdəfəlik ödəniş, nağdlaşdırma və ya köçürmə etdikdən sonra sizə Birbank tətbiqindən Ninja təklifi ilə bağlı bildiriş göndərilir. Birbank tətbiqiniz varsa və ya son 60 gündə ən azı bir dəfə tətbiqə daxil olmusunuzsa, tətbiqdən Ninja təklifi ilə bağlı bildiriş alırsınız. Bildirişdəki linkə keçdikdə “Ninja” səhifəsi açılacaq və siz burada məbləği aylara bölə biləcəksiniz; - “Daha çox” bölməsində olan “Ninja” səhifəsində — bu səhifəyə daxil olaraq Ninja təklifindən yararlana biləcəyiniz əməliyyatların siyahısı, eləcə də daha öncə yararlandığınız Ninja təkliflərinin tarixçəsini görə bilərsiniz; - Tətbiqdəki əməliyyat qəbzlərindən — qəbzin aşağısında yerləşən "Məbləği Ninja ilə böl" düyməsi vasitəsilə həmin ödəniş üçün Ninja təklifindən yararlanmaq mümkündür.
  • Hansı hallarda Ninja təklifi alacam? Birbank taksit kartı ilə birdəfəlik ödəniş, nağdlaşdırma və ya köçürmə etdikdə Ninja təklifi alacaqsınız.
  • Ninja təklifi nə qədər müddət aktiv qalır? Ninja təklifi birdəfəlik ödəniş, nağdlaşdırma və ya köçürmə etdiyiniz andan etibarən 24 saat ərzində keçərli olur.
  • Hansı hallarda Ninja təklifi göndərilmir? - Ödənişləriniz bu MCC kodları* üzrə olduqda: 6532, 6536, 6533.
*MCC kodu — ticarət nöqtəsinin fəaliyyət növünü göstərən koddur.
Müddət
ATM Nağdlaşdırma
Kartdan karta köçürmə
Alış-Veriş
2 ay
6.5%
6.5%
4.5%
3 ay
8.0%
8.0%
6.0%
6 ay
12.5%
12.5%
10.0%
12 ay
19.5%
19.5%
17.0%
  • Kampaniya müddətləri ərzində standart Ninja təklifləri Bank tərəfindən təklif edilməyə bilər.