Sığortalar

Kredit Həyat Sığortası

Kredit götürən şəxsi ölüm və əlillik kimi risklərdən sığortalayır. Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatını ölüm və əlillik kimi risklərdən sığortayır. Ailəsini və yaxınlarını kredit borcuna görə məsuliyyət daşımaqdan xilas edir.
image

Şərtlər

Sığortalı -Həyatı ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmış, kredit müqaviləsi üzrə borc alan fiziki şəxs

Faydalanan şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs (bank, kredit təşkilatı)

Sığorta ödənişinin həcmi - Sığortalının istənilən səbəbdən ölümü halında – sığorta məbləğinin 100%-i həcmində

Sığorta məbləği - Sığorta hadisəsinin baş verdiyi tarixə sığorta məbləğinin həcmi kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində (kredit müqaviləsinin müddəti sığorta müddətindən çox olarsa, sığorta müddətinə uyğun qaydada hesablanmış) nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq həmin ay üzrə kreditin qalığı həcmində müəyyən edilir.

Əlillik halında müqavilədə nəzərdə tutulmuş qaydaya əsasən, sığorta müqaviləsində sığorta ödənişinin həcmi ilə bağlı digər şərtlər tətbiq edilə bilər

Tez-tez verilən suallar
Sığorta haqqı necə hesablanır və hansı amillərdən asılıdır?

Sığorta haqqı fərdi qaydada hesablanır və əsasən kreditin məbləği, müddəti, müştərinin yaşı və bəzi hallarda peşə fəaliyyəti kimi risk amillərindən asılıdır. Kredit məbləği artdıqca və ya müştərinin yaşı yüksək olduqda sığorta haqqında dəyişikliklər baş verə bilər.

Sığorta müddəti kredit müddəti ilə üst-üstə düşməzsə nə baş verir?

Sığorta müddəti kredit müddətindən qısa olarsa, sığorta başa çatdıqdan sonra yaranan risklər təminat altına alınmır və borcun ödənilməsi müştərinin və ya vərəsələrin üzərinə düşür. Kredit vaxtından əvvəl bağlandıqda isə müştəri sığorta müqaviləsinə xitam verib ödənilmiş haqqın istifadə olunmamış hissəsini qanunvericiliyə uyğun geri ala bilər.

Sığorta şəhadətnaməsinin (polisinin) yenilənməsi qaydası necədir?

Sığorta polisinin yenilənməsi müddət bitməmişdən öncə, Birbank tətbiqi və ya bankın filialları vasitəsilə həyata keçirilir. Mövcud kredit borcunun qalıq məbləğinə uyğun olaraq yeni sığorta müqaviləsi rəsmiləşdirilir və sığorta müdafiəsinin fasiləsizliyi təmin olunur.

Sığorta hadisəsi baş verdikdə ödəniş prosesi necə həyata keçirilir?

Sığorta hadisəsi (vəfat və ya əmək qabiliyyətinin tam itirilməsi) baş verdikdə, müvafiq təsdiqedici sənədlər sığorta şirkətinə təqdim olunur. Sığorta şirkəti tərəfindən təsdiq verildikdən sonra sığorta ödənişi birbaşa banka köçürülərək müştərinin qalıq kredit borcunun bağlanmasına yönəldilir.