
28 fevraladək BirKart-da güzəşt müddətini 40 günədək deyil, 60 günədək etdik!
Fevral ayı ərzində BirKartla edəcəyin istənilən birdəfəlik ödənişə 10 martadək deyil, martın son gününədək güzəşt müddəti tətbiq olunacaq.
Nümunə:
Müştəri standart hallarda birdəfəlik ödəniş etdikdə ödəniş üzrə güzəşt müddəti 40 günədək hesablanırdı. Yəni müştəri ödəniş etdikdən sonra, növbəti ayın 10-dək ödənişi geri ödəyə bilirdi. Lakin bu kampaniya çərçivəsində fevral ayı boyunca BirKart-la edilən istənilən birdəfəlik ödəniş üzrə bu güzəşt müddəti martın 31-dək olacaq və müştəri ödənişi martın 31-dək geri ödəyəcəyi halda heç bir faiz hesablanmayacaq.
* Birdəfəlik ödəniş dedikdə BirKart ilə POS-terminal ilə ödənilmiş istənilən qeyri-taksit əməliyyatları və onlayn ödənişlər nəzərdə tutulur.
** Kampaniya BirKart debet kartlarına şamil olunmur. Yalnız taksit kartları kampaniyadan yararlana bilər.