
31 dekabradək Birbank-dan Yeni ilə özəl kampaniya!
Birbank-da 20 AZN və üzəri etdiyin hər mobil, kommunal, TV, internet və ya stasionar telefon ödənişi zamanı 1 AZN bonus qazanacaqsan.
Kampaniya müddətində bir müştəri maksimum 5 dəfə 1 AZN bonus qazana bilər.
Qazanılmış məbləğ müştərinin cashback bölməsindəki balansına (Birbank - Bonuslar - Cashback) bir neçə saat ərzində mədaxil olunacaq.
Bonus əməliyyata görə hesablanır. 1 AZN bonus hesablanması üçün ödəniş məbləği 20 AZN-dən çox olmalıdır. Bir əməliyyat deyil, bir neçə əməliyyatın cəmi məbləği 20 AZN olarsa, bonus verilmir.
Nümunələr:
- Birbank-da yuxarıda qeyd edilmiş istənilən kateqoriyada hər biri 20 AZN olmaqla 5 dəfə ödəniş etdikdə hər bir ödəniş üçün 1 AZN, cəmi 5 AZN əldə edəcəksiniz.
- Hər dəfə fərqli kateqoriyada ödəniş etmək məcburiyyətində deyilsiniz. 20 AZN-dən yuxarı 5 ödənişin 5-i də mobil ödəniş kateqoriyasında (və ya digər) olarsa, yenə də hər biri üçün bonus hesablanacaqdır.
- 100 AZN məbləğində ödənişi bir dəfəyə ödədiyiniz halda bu əməliyyat sizə yalnız 1 AZN qazandıracaq.
Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” vasitəsilə və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır.