
7 fevral 2025-ci il tarixindən etibarən Birbank taksit kartlarında olan kredit xətti vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirdikdə, məsələn, kredit ödənişləri, sığorta ödənişləri və ya elektron pul kisələrinə köçürmələr etdikdə minimum 1% ( 1AZN) maksimum 3% (2 AZN) komissiya hesablanacaq.
Qeyd edilən tarixdən etibarən komissiya hesablanacaq ödəniş və köçürmələrin MCC kodları aşağıdakı kimidir:
6012
6050
6051
6538
6540
Şəxsi vəsait və kredit xətti ilə bağlı digər komissiyalar isə dəyişməz olaraq qalır. Ay ərzində bütün Birbank kartlarınızdakı ümumi şəxsi vəsaitinizdən 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq.
Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.