Umico Market-də Birbank kartları (BirKart) ilə alış-veriş et və 5% keşbek (və ya 3 qat Mil) qazan!
Şərtlər:
• Kampaniya 1 mart - 31 may 2023 (hər iki tarix daxil) tarixlərində keçirilir;
• Birbank Miles kartı müştəriləri 3 qat Mil, digər Birbank kartları isə 5% keşbek əldə edəcəklər.
• Kampaniyada həm debet, həm də taksit növ olmaqla bütün eyniləşdirilmiş Birbank kartları (BirKart) iştirak edir.
• Kampaniya Birbank kartları (BirKart) ilə edilən ancaq birdəfəlik ödənişlərə şamil olunur. Taksit əməliyyatı etdikdə 5% keşbek (və ya 3 qat Mil) hesablanmayacaq.
• Birbank kartlarının (BirKart) şərtlərinə əsasən, bir müştəri aylıq maksimum 500 AZN keşbek qazana bilər. Buna görə də müştərinin ay ərzində qazandığı toplam keşbek məbləği (Umico Market və digər bütün sahələr üzrə qazanılan keşbek məbləği də daxil olmaqla) 500 AZN-ə çatdıqda, həmin ay üzrə edilmiş əməliyyatlara görə keşbek hesablanmayacaq.
• Birbank kartlarının (BirKart) şərtlərinə əsasən, bir müştəri Birbank Miles (BirKart Miles) kartı ilə aylıq maksimum 30 000 Mil qazana bilər. Buna görə də müştərinin ay ərzində qazandığı toplam Mil sayı (Umico Market və digər bütün sahələr üzrə qazanılan Millər də daxil olmaqla) 30 000-ə çatdıqdan sonra həmin ay üzrə edilmiş Umico Market ödənişlərinə görə Millər standart 1 qat olmaqla hesablanacaq.
• Kampaniya həm umico.az vebsaytı, həm də Umico mobil tətbiqindən edilmiş Umico Market alış-verişlərinə şamil olunur.
Nümunələr:
1. Müştəri Umico Market-də Birbank Cashback kartı ilə 100 AZN-lik birdəfəlik əməliyyat edib. Bu halda müştəri 5% keşbek əldə edəcək (toplam 5 AZN keşbek).
2. Müştəri Umico Market-də Birbank Miles kartı ilə 100 AZN-lik birdəfəlik ödəniş edib. Bu halda müştəri 3 qat Mil əldə edəcək (toplam 300 Mil).
3. Müştəri Umico Market-də Birbank Cashback taksit kartı (BirKart Taksit) ilə 100 AZN-lik taksit əməliyyat edib. Bu halda müştəri keşbek qazanmayacaq. Çünki kampaniya yalnız birdəfəlik ödənişlərə şamil olunur.
4. Müştəri Umico Market-də Birbank Miles taksit kartı (BirKart Miles) ilə 100 AZN-lik taksit əməliyyat edib. Bu halda müştəri standart olaraq 1 qat Mil qazanacaq (toplam 100 Mil).
Umico Market: www.umico.az
Umico tətbiqini yüklə: