3D Secure xidməti - Aktivləşdirmək

3D secure

3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. MasterCard ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır. Texnologiyanı dəstəkləyən saytlarda aşağıdakı nişanlar olur.

Qoşulma qaydası:

Xidmətə qoşulmaq üçün Kapital Bankın 196 Məlumat Mərkəzinə müraciət etmək lazımdır. Müştəri xidmətə aşağıdakı autentifikasiya (eyniləşdirmə) tipi ilə qoşula bilər:

Dinamik:

  • Dinamik növ seçildikdə kart sahibi xidmətə öz şəxsi telefon nömrəsini qoşur və hər internet ödənişi zamanı bu nömrəyə bir dəfəlik təhlükəsizlik şifrələri göndərilir və müştəri tərəfindən ödəniş pəncərəsinə daxil edilir.

”Birbank” tətbiqi vasitəsilə:

  • Əsas menyudan kartınızı seçin;
  • Açılan səhifədə ”3D Secure” seçimini edin;
  • “3D secure” səhifəsində “Aktivləşdirmə” düyməsinə basın;
  • Müvafiq xanada 3D secure xidmətinə qoşmaq istədiyiniz mobil nömrəni daxil edin və “Davam et” düyməsinə klikləyin;
  • Daxil edilən mobil nömrə müştərinin adına bağlı olarsa proses uğurla tamamlanır.
  • Əks halda nömrənin adınıza olmadığı ilə bağlı müvafiq pəncərədə “Verifikasiya” düyməsinə basın;
  • Açılan səhifədə nömrəni verifikasiya etmək üçün sizə SMS vasitəsiylə göndərilən OTP kodu daxil edin;
  • OTP kod düzgün daxil edildikdən sonra növbəti açılan səhifədə video eyniləşdirmədən keçin;
  • Eyniləşdirmə uğurla tamamlandıqdan sonra kart 3D secure xidmətinə qoşulur.

Üstünlükləri:

  • Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması–ödənişlər zamanı yalnız
  • Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi
  • Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması
  • Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması
  • Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi)
Təhlükəsizlik qaydaları
Təhlükəsizlik qaydaları
Ətraflı

Bilmək məsləhətdir

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
  • Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin
  • Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.