Kartlar üzrə xidmətlər

Cash in

“Cash in” xidməti - ATM vasitəsilə kart hesabınızın balansını istənilən valyutada artırmaq imkanı yaradır. Bu xidmət yalnız “Cash In” Bankomatlarında keçərlidir.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM-ə daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu daxil edin;
  • Bankomatın menyusunda “Ödəmələr” əməliyyatını seçin;
  • “Cash in” əməliyyatını seçin;
  • Ödəniş məbləğini yazın və “Ödəniş etmək” düyməsini seçin.;
  • Kartınızın nömrəsini və ödəniş məbləği ilə razısınızsa “TƏSDİQ ETMƏK” düyməsini seçrsiniz;
  • Əməliyyatının sonunda təsdiq haqqında çek çap olunacaqdır;

Xidmət üzrə komisyon haqları:

  • Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

Cash by Code

Xidmətin şərtləri:

  • “Cash-by-Code” xidməti - ATM vasitəsilə kart hesabından pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə almaq üçün nəzərdə tutulmuş xidmətdir.
  • Bu xidmətdən Kapital Bankın bütün növ plastik kart istifadəçiləri (pensiya və sosial yardım kartları istisna olmaqla) yararlana bilər. “Cash-by-Code” xidmətində alan tərəf kimi istənilən fiziki şəxs çıxış edə bilər.
  • Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM daxil edin
  • Xidmət olunacaq dili seçin
  • FİN-kodunuzu daxil edin
  • ATM/İnfoköşk menyusunda “ödəmələr” bölməsini seçin
  • “Cash-by-Code” menyusuna daxil olun və xidmətdən istifadəyə görə uyğun komissiyanı ödəməyə razılığınızı bildirin
  • Köçürməni alan şəxsin mobil telefon nömrəsini və köçürmənin məbləğini daxil edin

Xidmət üzrə komisyon haqları:

  • Vəsaitin köçürülməsinə görə komisyon haqqı 1%-dir (min 1 AZN) ( göndərilən tərəfin hesabından tutulur)

Sistem iki hissədən ibarət kod formalaşdıracaq. Birinci hissə (Kod1) köçürməni alan şəxsin mobil telefonuna SMS-məlumat kimi göndəriləcək, ikinci hissə isə (Kod2) qəbz formasında çap ediləcək və köçürməni edən şəxsdə qalacaq. Pulu göndərən müştəri kodun ikinci hissəsini alana təqdim edir. Nağd pulu almaq üçün köçürməni alan kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.

“Cash-by-Code” xidməti çərçivəsində köçürməni almaq üçün fiziki şəxs Kapital Bankın istənilən ATM-nə yaxınlaşaraq sağ yuxarı küncdə düyməni sıxır və açılan menyuda “Cash-by-Code” opsiyasını seçir. Açılan pəncərədə kodun hər iki hissəsini daxil edir. Əməliyyatın təsdiqlənməsi üçün müştəri həmçinin menyunun müvafiq pəncərəsində gözlənilən pul köçürməsinin məbləğini də daxil etməlidir. Əgər göstərilən bütün elementlər (kod və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verir.

Təhlükəsizlik qaydaları
Təhlükəsizlik qaydaları
Ətraflı

Bilmək məsləhətdir

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
  • Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin
  • Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.